Kurtua erkən finalı bu matçda görür

Kurtua erkən finalı bu matçda görür

"Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 finalında Fransanın PSJ klubu ilə keçiriləcək oyun haqda danışıb.

Fanat.Az xəbər verir ki, "AS" nəşri 29 yaşlı qapıçının dediklərini belə çatdırır: "Ən böyük arzum "Real Madrid" ilə Çempionlar Liqasını qazanmaqdır, lakin bu, asan deyil. Bu klub tarixdir və bu tarixin bir parçası olmağa artıq hazıram. 

PSJ ilə 1/8 final? Bu çətin rəqibdir və  rəqabətli nokaut matçı olacaq. Erkən final olacaq. Amma "Real Madrid" yaxşı formadadır və düşünürəm ki, biz bunun öhdəsindən gələ bilərik."

Xatırladaq ki, komandalar arasında ilk oyun fevralın 15-də Fransada, cavab oyunu isə martın 9-da Madriddə keçiriləcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər