Kurtua: "Bizi qızıl nəsil adlandırmayın!"

Kurtua: "Bizi qızıl nəsil adlandırmayın!"

Belçika yığmasının qapıçısı Tibo Kurtua Qətərdə keçirilən dünya çempionatındakı uğursuzluğa münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "beIn Sports" təcrübəli qolkiperdən sitat təqdim edib:

"Təbii ki, çox üzgünəm. Qələbə üçün hər şeyi verdik. Topu iki dəfə dirəyə vuranda bəxt bizim tərəfimizdə deyildi.

2018-ci ildə yarımfinala çıxmışdıq. Orada uduzsaq da, üçüncü yer yaxşı nəticədir. Amma heç nə qazanmamışıqsa, bizi qızıl nəsil adlandırmaq olmaz. Çox istedadlı oyunçularımız var idi və bunu keçirdiyimiz hər turnirdə göstərirdik. Bununla belə, idman təkcə istedadla ölçülmür, həm də qalib gəlmək bacarığına sahib olmalısan”. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər