Kuman Ansu Fatiyə əvəzləyici tapdı

Kuman Ansu Fatiyə əvəzləyici tapdı
"Barselona" menisk zədəsi üzündən uzun müddətə sıradan çıxan 18 yaşlı Ansu Fatiyə əvəzləyici tapıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispanı daha bir gənc - 19 yaşlı Konrad de la Fuente əvəzləyə bilər. Mənbə baş məşqçi Ronald Kuman "Barselona"nın B komandasında top qovan de la Funteyə böyük ümidlər bəslədiyini vurğulayıb.

Qeyd edək ki, 2013-cü ildən "Barselona"da olan Konrad ABŞ-ın U-20 millisinin də üzvüdür.  
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər