Qətərin "Əl-Vakra" klubunun futbolçusu Usman Kulibali ölkə çempionatı çərçivəsində səfərdə "Əl-Rayan"la oyun zamanı infarkt keçirib.
Fanat.Az xəbər verir ki, ilk yarının sonlarında yerə yıxılan malili müdafiəçiyə dərhal ilkin tibbi yardım göstərilib. Bundan sonra isə 33 yaşlı oyunçu xəstəxanaya yerləşdirilib.
Futbolçunun vəziyyətinin kritik olduğu bildirilib.
Qeyd edək ki, "Əl-Rayan" - "Əl-Vakra" matçı yarımçıq dayandırılıb.