Kubokun finalına 30 manatlıq bilet

Kubokun finalına 30 manatlıq bilet
Azərbaycan Kubokunun finalının biletləri Peşəkar Futbol Liqası tərəfindən hazırlanaraq, “Qarabağ” və “Neftçi” klublarına təhvil verilib. 
Fanat.az xəbər verir ki, oyun zamanı 1-13-cü sektorlar “Qarabağ”, 16-28-ci sektorlar isə “Neftçi” azarkeşlərinin ixtiyarında olacaq. 
Biletlərin satışı klublar tərəfindən Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında təşkil ediləcək. Biletlərin qiyməti sektordan asılı olaraq, 1, 3, 5 və 30 manat arasında dəyişir.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu “Qarabağ” və “Neftçi” komandalarının iştirakı ilə 25 mayda rellaşacaq. 
Kubokun finalına 30 manatlıq bilet
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər