Kroos Runinin cavabını verdi: "Keçən il də eyni şeyi demişdiniz"

Kroos Runinin cavabını verdi: "Keçən il də eyni şeyi demişdiniz"

"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos İngiltərə futbolunun əfsanələrindən olan Ueyn Runinin şərhini cavabsız qoymayıb.

Fanat.Az xəbər verir ki, alman futbolçu "Mançester Siti" Çempionlar Liqasının yarımfinalında "Real Madrid"i məhv edəcək" deyən mütəxəssisə özünəməxsus cavab verib.

Kroos “Santyaqo Bernabeu”dakı matçdan əvvəl keçirilən mətbuat konfransı zamanı ona verilən sualı belə cavablandırıb: “Bir il əvvəl də eyni şeyi deyirdilər. Heç kim bizdən Çempionlar Liqasını qazanacağımızı, o yarımfinalın sonunda qalib gələcəyimizi gözləmirdi, amma biz bunu bacardıq. Yadımdadır, bir neçə nəfər az-çox Runi ilə eyni şeyi deyirdi”. 

Qeyd edək ki, "Real"la MS arasında ilk yarımfinal görüşü mayın 9-da Madriddə keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər