Krivotsyukun komandası darmadağına üzüldü

Krivotsyukun komandası darmadağına üzüldü

Futbol üzrə Cənubi Koreya çempionatında 25-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qvanqyu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Anton bu görüşün iştirakçısı olmayıb. Cəzalı olan futbolçunun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Daejeon” hazırda 33 xalla 6-cı pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər