İspaniya Futbol Federasiyası Kriştiano Ronaldonu cəzalandırıb. Fanat.Az xəbər verir ki, "Real"ın portuqaliyalı ulduzuna 5 oyunluq cəza verilib.
Buna səbəb futbolçunun "Barselona" ilə Super Kubok oyununda qırmızı vərəqə aldıqdan sonra hakimi itələməsi olub. Bu hərəkətə görə 4-12 oyun cəza verilir. Cəza 4 oyun olanda ancaq Super Kubok oyunlarına şamil edilir. 5 oyundan artıq olanda isə İspaniya Futbol Federasiyanın bayrağı altında keçirilən bütün yarışlara tətbiq olunur. Bu səbəbdən Ronaldo "Barselona" ilə Super Kubokun cavab matçı ilə yanaşı, La Liqanın ilk 4 turunun "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la matçlarında meydana çıxa bilməyəcək.
Fanat.Az