"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyo (Philippe Coutinho) mövsümün sonuna kimi İspaniyada qala bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Xəbərə görə, 29 yaşlı braziliyalı yanvarda komandasını tərk etmək istəmir və o, mövsümün sonuna kimi "Barselona"da çıxış etmək niyyətindədir.
Ronald Kumanın vaxtında az şans qazanan futbolçu yeni baş məşqçi Xavinin rəhbərliyi altında heyətdə möhkəmlənməyə çalışacaq.
Qeyd edək ki, Koutinyo "Barselona"ya 2018-ci ildə keçib. O, 2019-2020-ci illər mövsümünü icarə əsasında "Bayern Münhem"də keçirib.
Röya