"Çelsi"nin hücumçusu Dieqo Kosta karyerasını Çində davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu iddia ilə Britaniya mətbuatı çıxış edib.
Belə ki, Asiya ölkəsinin klublarından biri forvardı öz heyətində görməkdə maraqlıdı. Bu transfer üçün çinlilər London təmsilçisinə 90 milyon avro ödəməyə hazır olduğu da bildirilir. Keçid baş tutsa, Kosta Çin klubunda ilinə 10 milyon avro qazanacaq. Onun hazırda "Çelsi"dəki illik qazancı isə 5 milyon avrodu.
Qeyd edək ki, İspaniya millisinin üzvü 2014-cü ildə 38 milyon avro qarşılığında "Atletiko"dan transfer olunub.
Fanat.az