Kostaya ağır cəza

Kostaya ağır cəza
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Atletiko"nun futbolçusu Dieqo Kostanı cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna səbəb futbolçunun La Liqanın XXXI turunda "Barselona" ilə matçda qırmızı vərəqə alması olub. Belə ki, Kostaya baş hakim Xesus Xil Mansanonu təhqir etdiyi üçün 4, ona əli ilə etdiyi hərəkətə görə 4 oyunluq cəza verilib. 
 
Beləliklə, Kosta La Liqada mövsümün qalan hissəsini buraxacaq. Çünki ölkə çempionatının bitməsinə 7 tur qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər