Kosova klublarına şad xəbər

Kosova klublarına şad xəbər
UEFA və FIFA-ya üzv qəbul olunan Kosova daha bir şad xəbər alıb. Fanat.az xəbər verir ki, 2008-ci ildə müstəqilliyini elan edən ölkənin klubları avrokuboklarda iştirak edəcəcək.
Belə ki, UEFA Kosovanın iki klubuna avrokuboklara qatılmaq icazəsi verib. Qərara əsasən Kosova çempionatının və kubokunun qalibləri lisenziyalaşdırma şərtlərini yerinə yetirdikləri tədqirdə gələn mövsüm Çempionlar Liqası və Avropa Liqasına vəsiqə qazanacaq.
Beləliklə, UEFA-nın şərtləri yerinə yetirilmə, Kosova çempionatının qalibi 2016/17 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində iştirak edəcək. Kosova Kubokunun qalibi isə Avropa Liqasının I təsnifat mərhələsinə qatılacaq.
Kosova klublarının lisenziyalaşdırma şərtlərinə əməl edib-etmədiyi barədə qərarı UEFA mayın 31-dək verəcək.
Qeyd edək ki, cari mövsümdə Kosova çempionluğunu "Ferronikeli" klubu qazanıb. Kubokun finalına isə "Priştina" və "Drita" klubları çıxıb. Həlledici matçı mayın 31-də baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər