"Bayern Münhen"dən azad agent qimində ayrılan Korentin Tolissonun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbə Tolissonun növbəti mövsümə yetirməsi olduğu "Olimpik Lion"da başlayacağını bildirib. 27 yaşlı fransalı yarımmüdafiəçinin Liqa 1 təmsilçisi ilə müqavilə şərtlərini razılaşdırdığı vurğulanıb.
Xatırladaq ki, Tolisso "Bayern Münhen"ə 2017-ci ildə, 41,5 milyon avro qarşılığında məhz "Olimpik Lion"dan transfer olunmuşdu.
Nihat