Kompani keçmiş oyunçusunu yeni komandasına gətirir

Kompani keçmiş oyunçusunu yeni komandasına gətirir

"Bayer Münhen"in baş məşqçisi Vinsent Kompani komandada seleksiyaya qapıdan başlamaq niyyətindədir. 

Fanat.Az "Football Insider"-ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis keçmiş klubundan Ceyms Traffordu transfer etmək istəyir.

Belə ki, Münhen klubu "Börnli"nin qapıçısı uğrunda "Liverpul" və "Nyukasl"la yarışacaq. Kompani onu təcrübəli Manuel Noyerlə rəqabət apara biləcək etibarlı qapıçı kimi görür. 

Qeyd edək ki, Ceyms Trafford bu mövsüm 28 matçda meydana çıxıb və iki oyunda qapısını toxunulmaz saxlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər