Futbol üzrə Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Dənizlispor”a 1:2 hesabı ilə uduzub. Vüsalın adı oyunun iştirak ərizəsinə salınmayıb. Aktivində 4 sarı vərəqəsi olan futbolçumuz görüşü kənardan izləməli olub. 13 tura 10 xal yığan “Keçiörengücü” 19 iştirakçı arasında 17-ci pillədə mövqe tutub.
Nihat