Komandası uduzdu, bəs Kökçü nə etdi?

Komandası uduzdu, bəs Kökçü nə etdi?

Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, U-21 millimizin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Girəsunspor” da növbəti matçına çıxıb.

 

 

Sözügedən kollektiv doğma meydanda "Osmanlıspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Ozan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

"Girəsunspor” 19 turdan sonra 20 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər