Komandası ÇSKA-dan xal aldı, Kamran isə...

Komandası ÇSKA-dan xal aldı, Kamran isə...
Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” də növəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sı ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 2:2.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.
 
17 turdan sonra 19 xalı olan "Ximki” 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər