Komandası qalib gəldi, bizimki gözə dəymədi

Komandası qalib gəldi, bizimki gözə dəymədi

Futbol üzrə Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Altınordu”nu 3:2 hesabı ilə yenib. Vüsalın adı matçın iştirak ərizəsinə salınmayıb.

20 tura 22 xal toplayan “Keçiörengücü” çempionatın turnir cədvəlində 19 iştirakçı arasında 13-cü pillədədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər