Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Soçi”yə 0:3 hesabıyla yenilib. Kamran sonadək ehtiyatda qalıb. 4 tura 4 xal toplayan “Ximki” turnir cədvəlində 16 iştirakçı arasında 12-ci pillədə mövqe tutub.
Nihat