Komanda yoldaşından De Bröyneyə atmaca: "İkimiz də eyni səviyyədə oynayırıq"

Komanda yoldaşından De Bröyneyə atmaca: "İkimiz də eyni səviyyədə oynayırıq"

"Mançester Siti" qapıçısı Ederson Moraeş (Ederson Moraes) başqa ampluada oynaya bilərmı?

Fanat.Az xəbər verir ki, bu sualı "The Mirror"un əməkdaşı braziliyalı əlcək ustasına ünvanlayıb. 

O, cavabında zarafatla komanda yoldaşı yarımmüdafiəçi Kevin De Bröyne (Kevin De Bruyne) ilə eyni səviyyədə oynadığını deyib:

"De Bröynenin yerində, mərkəz yarımmüdafiəsində oynamağa üstünlük verərdim. Meydanda yerimi dəyişmək istəsəydilər, deyərdim ki, "De Bröyneni çıxarıb məni onun yerinə salın". İnanın ki, heç nə dəyişməyəcək. İkimiz də eyni səviyyədə oynayırıq".

Xatırladaq ki, qapıçı ötən mövsüm İngiltərə Premyer Liqasında "Qızıl Əlcək" mükafatını qazanıb. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər