Koman qayıtdı

Koman qayıtdı

Almaniyada keçirilən Avropa çempionatının 1/4 finalına yüksələn Fransa millisinin futbolçusu Kinqsli Koman "xoruzlar"ın sıralarına dönüb.

Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, yarımmüdafiəçi artıq Didye Deşamın rəhbərlik etdiyi kollektivin məşqlərində iştirak edir.

Xatırladaq ki, Kinqsli dünyaya uşaq gətirməyə hazırlaşan xanımı Sabrina Düvadın yanında olmaq üçün iyunun sonlarında Fransa yığmasının düşərgəsini tərk edərək İsveçə yollanmışdı.

Fransa seçməsi 1/4 finalda Portuqaliya yığması ilə qarşılaşacaq. İyulun 5-də keçiriləcək oyun Hamurqdakı "Folksparkştadion"da baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər