Kolumbiya millisinin sabiq üzvü İngiltərə klubunda

Kolumbiya millisinin sabiq üzvü İngiltərə klubunda
Kolumbiya milli komandasının sabiq müdafiəçisi Karlos Sançes karyerasını İngiltərədə davam etdirəcək.
 
Fanat.Az xəbər verir ki, 35 yaşlı futbolçu "Uotford” klubu ilə müqavilə imzalayıb.
 
Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sançes mövsümün sonuna qədər "Uotford”un şərəfini qoruyacaq.
 
Karyerası ərzində Fransada "Valensyenn”, İtaliyada "Fiorentina”, İspaniyada "Espanyol”, İngiltərədə "Aston Villa”, "Vest Hem” kimi klublarda çıxış edən Sançes, 2020-ci ilin yayından işsiz idi. O, Kolumbiya yığmasında 88 oyun keçirib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər