Kolumbiya millisini argentinalı çalışdıracaq

Kolumbiya millisini argentinalı çalışdıracaq

Kolumbiya millisinin yeni baş məşqçisi müəyyənləşib

Fanat.Az xəbər verir ki, Kolumbiya Futbol Federasiyasının İcraiyyə Komitəsi millinin yeni baş məşqçisi postuna argentinalı mütəxəssis Nestor Lorentsonun namizədliyini təsdiqləyib.

Lorentso ilə dörd illik müqavilə imzalanıb. Belə ki, o, komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına aparmalıdır. Kolumbiyalılar bu il Qətərdə baş tutacaq dünya çempionatına vəsiqə qazana bilməyib.

Lorentsonun köməkçisi isə bir vaxtlar Kolumbiya millisinin liderlərindən və kapitanlarından biri kimi tanınan Amaranto Perea olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər