Klozenin yeni iş yeri bilindi

Klozenin yeni iş yeri bilindi

Almaniya futbolunun əfsanəvi hücumçusu, hazırda məşqçi olan Miroslav Kloze İtaliya A Seriyasında işə düzələ bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı “The Laziali” yayıb. 

Mənbənin məlumatına görə, alman mütəxəssis İqor Tudorla ayrıldıqdan sonra çalışdırıcısız qalan “Latsio”ya dəvət olunub. Roma təmsilçisi Kloze üçün cəlbedici təklif hazırlayıb.

Xatırladaq ki, Miroslav futbolçu olarkən də paytaxt klubunda çıxış edib. Alman forvard 2011-2016-cı illərdə “qartallar”ın uğurları üçün çalışıb. “Latsio” onun karyerasında sonuncu klub olub. 

"Latsio" İtaliya A Seriyasının son mövsümündə 61 xal toplayaraq çempionatı turnir cədvəlinin 7-ci pilləsində başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər