Kloppun yeni klubu bilindi

Kloppun yeni klubu bilindi

Mövsümün sonunda klubdan ayrılacağını açıqlayan " Liverpul"un baş məşqçisi Yürgen Klopp " Barselona"ya rəhbərlik edə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Cerard Romero məlumat yayıb. 

Xəbərə görə, “Barsa” yeganə komandadır ki, almaniyalı mütəxəssis yayda götürmək istədiyi bir illik məzuniyyətdən imtina etməyə hazırdır.

Daha əvvəl Kataloniya klubunun idman direktoru Deko Kloppun mümkün keçidi ilə bağlı danışmaq üçün hələ tez olduğunu bildirmişdi.

Xatırladaq ki, “Barselona”nın baş məşqçisi Xavi də mövsümün sonunda istefaya gedəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər