Klopp: "Mənə çempion koridoru lazım deyil"

Klopp: "Mənə çempion koridoru lazım deyil"
"Liverpul"un baş məşqçisi Yürgen Klopp İPL-in 32-ci turunda üz-üzə gələcəkləri "Mançester Siti"nin komandası üçün çempion koridoru yaradıb-yaratmayacağının onu maraqlandırmadığını deyib.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, alman çalışdırıcı belə danışıb:
"Belə şeyi çoxdan, Almaniyada görmüşəm. Bilmirəm, ənənədi, ya yox... Amma gözəl jest olduğuna əminəm. Düzü, mənə çempion koridoru lazım deyil. Mançesterə futbol oynamağa, qələbə qazanmağa gedəcəyik. Bir həftə öncəki qələbəni bayram etmək niyyətində deyilik".
MS - "Liverpul" oyunu bu gün baş tutacaq. 
"Şəhərlilər"in çalışdırıcısı Pep Quardiola komandasının sona 7 tur qalmış çempionluğu təmin edən "Liverpul" üçün çempion koridoru açmağa hazır olduğunu bəyan edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər