"Liverpul"un baş məşqçisi Yurgen Klopp Xabi Alonsonun növbəti mövsümdə "Bayer Leverkuzen"i çalışdırmaq qərarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, “Yahoo Sports” alman mütəxəssisin dediklərini belə təqdim edib:
“Mən çalışdığı klubda yaxşı işlər görən gənc məşqçi haqqında danışa bilərəm. Onun "Bayer"i tərk etmək istəməməsi normal qarşılanmalıdır. Mən də vaxtilə eyni şeyi etdim və heç vaxt peşman olmadım. Onun niyə bunu etmək istədiyini başa düşürəm”.
Yeri gəlmişkən, Klopp "Mən də vaxtilə eyni şeyi etdim" deyərkən, iddialı kluba - "Borussiya Dortmund"a keçməzdən əvvəl 7 il "Maynts"ı çalışdırmasına işarə edib.
Qeyd edək ki, alman mütəxəssis mövsümün sonunda "Liverpul"u tərk edəcək. Onun Mersisayd klubundakı varisinin məhz Alonso olacağı gözlənilirdi. Xabi isə "Bayer"də qalacağını bildirib.
Mirağa