Kintana həftənin oyunçusu seçildi

Kintana həftənin oyunçusu seçildi

“Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasında həftənin futboçusu seçilib. Fanat.Az xəbər verir ki, ispaniyalı futbolçu UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədə qalib olub.

Səslərin 69 faizini toplayan Kintana ciddi fərqlə "Mançester Yunayted"in ulduzu Pol Poqba, "Saunthempton"un italiyalı yarımmüdafiəçisi Antonio Kandreva və "Fiorentina"nın hücumçusu Nikola Kaliniç kimi futbolçuları qabaqlayıb.

Buna rəğmən, Kintana turun simvolik “11-liy”inə düşə bilməyib.

Qeyd edək ki,  dünən Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubunu 2:0 hesabı ilə məğlub edib. Ağdamlıların ilk qolunu ispan yarımmüdafiəçi vurub. 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər