"Keşlə"dən uğursuz yubiley

"Keşlə"dən uğursuz yubiley
"Keşlə” Azərbaycan kubokunda 25-ci məğlubiyyətini alıb. 
Fanat.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu uğursuz yubiley 1/4 final mərhələsinin "Qarabağ”la ilk oyununda gerçəkləşib.
 
Əvvəllər "Xəzər Universiteti” və "İnter” adları altında çıxış etmiş paytaxt təmsilçisi kubokda 96-cı oyununda 25-ci yenilgisini alıb. Hesabında 49 qələbə olan "Keşlə” 50-ci uğurunu cavab qarşılaşmasında əldə etməyə çalışacaq. Hesabında 22 heç-heçə də olan bakılılar 158 qol vurub və 95-ni buraxıb. "Keşlə”nin 25 məğlubiyyətindən 8-i evdə, 14-ü səfərdə, 3-ü neytral meydanda qeydə alınıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər