Kerrolla silahlı basqın

Kerrolla silahlı basqın

Londonun “Vest Hem” klubunun hücumçusu Endi Kerroll silahlı basqın məruz qalıb. Fanat.Az “Daily Mail”a istinadən xəbər verir ki, hadisə futbolçu məşqdən evə gedərkən olub.

Belə ki, İngiltərə millisinin üzvü avtomobilinə əyləşərək yola çıxıb. Bu zaman motosikletdə olan silahlı şəxslər qarət məqsədi ilə futbolçuya yaxınlaşıblar. Özünü itirməyən Kerroll, avtomobili klubun bazasına sürüb və mühafizəçinin yanına qaçar polis çağırmasını söyləyib.

Polis gələnə qədər cinayətkarlar ərazidən uzaqlaşıblar. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər