Kərim Benzema Sançesə çatdı

Kərim Benzema Sançesə çatdı

İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema komandanın sabiq hücumçusu Uqo Sançesə məxsus nailiyyəti təkrarlayıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, fransalı forvard cari mövsüm bütün turnirlərdə 42 qol vurub. Bu isə Benzemanı klub tarixində bu göstəriciyə çatanlar arasında 5-ci edib.

40 qol həddini keçənlər siyahısında Kriştianu Ronaldu, Alfredo Di Stefano və Ferents Puşkaş da var.

"Real Madrid"in bu mövsüm daha bir neçə oyununun qaldığını nəzərə alsaq, Sançesi geridə qoymaq üçün hər cür şans var.

Qeyd edək ki, Kərim Benzemanın "Real Madrid"lə müqaviləsi 30 iyun 2023-cü ilədək nəzərdə tutulub. 35 yaşlı forvard paytaxt komandasında 11 ildir forma geyinir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər