"Kəpəz"dən növbəti transfer - RƏSMİ

"Kəpəz"dən növbəti transfer - RƏSMİ

Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə müqavilə bağlayıb.

Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi icarə əsasında Samir Məhərrəmlini heyətinə cəlb edib.

20 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. "Sabah"a məxsus olan futbolçu U-21 millimizin də şərəfini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər