Keçmiş boksçu tapança və narkotiklə tutuldu - Salyanda

Keçmiş boksçu tapança və narkotiklə tutuldu - Salyanda
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 38 yaşlı Salyan şəhər sakini, Y.Qaqarin küçəsi, ev 10-da yaşayan İlqar Əliyevdən qanunsuz saxladığı “Naqan” tipli tapança və 20 qram həşiş götürülüb.
İlqar Əliyev keçmiş boksçudur və əvvəllər dəfələrlə respublikada keçirilən boks yarışlarının qalibi olub. O, qanunsuz silah gəzdirdiyinə və narkotik maddələrin satışına görə dörd dəfə məhkum olunub.
“Rıjıy İlqar” ləqəbi ilə tanınan keçmiş boksçunun “razborkalar” təşkil etdiyi də deyilir.
İlqar Əliyev saxlanılıb.
Faktla bağlı cinayət işi qaldırılıb.(Virtualaz.org)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər