Kaxaber Tsxadadzenin yeni iş yeri müəyyənləşib. Aut.az-ın əldə etdiyi xəbərə görə, gürcü mütəxəssis bundan sonra Qazaxıstanda çalışacaq.
Belə ki, Kaxaber Tsxadadze Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi təyin edilib. Beləliklə Bakı "İnter"inin sabiq baş məşqçisi Andrey Arşavin və Anatoli Timşuk kimi ulduzları çalışdıracaq.
Qeyd edək ki, Kaxanın son iş yeri Gürcüstan millisi olub.
Fanat.az