"Kayrat" rəhbərliyi Kaxaber Tsxadadzeni postundan uzaqlaşdırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Almatı klubunun rəhbərliyi "Krasnodar"ın sabiq çalışdırıcı Oleq Kononovla danışıqlara başlayıb. Onunla razılıq əldə olunsa, Kononov "Kayrat"da Tsxdadzeni əvəzləyəcək.
"Kayrat" artıq ikinci mövsümdü ki, "İnter"in sabiq baş məşqçisinə güvənir. Mövsümlərarası fasilədə gürcü mütəxəssisə öz komandasını qurmaq, "Kayrat"ı çempion etmək üçün bütün şərait yaradılıb. Amma "Kayrat" mövsümə uğursuz başlayıb.
Hazırda komanda 12 oyunda cəmi 4 qələbə qazanıb və 19 xalla 4-cü pillədədi.
Xatırladaq ki, Kononov 2013-16-cı illərdə "Krasnodar"ı çalışdırıb və Rusiya çempionatının bürünc medallarını qazanıb. Bundan başqa onun komandası Avropa Liqasının pley-off mərhələsinə və Rusiya kubokunun finalına da yüksəlib.
Fanat.Az