"Kaxaber komandanı toparlayıb bu vəziyyətdən çıxaracaq" - Elmar Baxşıyev

"Kaxaber komandanı toparlayıb bu vəziyyətdən çıxaracaq" - Elmar Baxşıyev

"Qəbələ" ötən həftəsonu baş məşqçi postunda Elmar Baxşıyevi gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze ilə əvəzlədi. Baxşıyevin adı artıq Masazır təmsilçisi "Sabah"la hallanır. Onun "bayquşlar"a rəhbərlik edəcəyi ilə bağlı xəbərə aydınlıq gətirmək üçün özü ilə əlaqə saxladıq.

Təcrübəli çalışdırıcının Fanat.Az-a açıqlaması belə oldu:

"Deyilənlər həqiqəti əks etdirmir. Belə bir təklif almamışam. Ona görə də bu haqda danışmaq istəmirəm. Hələ təzə ayrılmışam. Heç bir yerdən təklif gəlməyib deyə, mövsümün sonuna qədər harda olacağımla bağlı nəsə deyə bilmərəm".  

Elmar bəydən Tsxadadzenin təyinatına da münasibət öyrəndik. Onun gürcüstanlı həmkarına necə miras qoyması ilə bağlı fikirini də soruşduq:

"Deməzdim ki, Tsxadadzeyə pis miras qoymuşam. İnanıram ki, o, komandanı toparlayıb bu vəziyyətdən çıxara biləcək". 

Qeyd edək ki, “Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər