Kavani irqçiliyə görə cəzalandırılacaqmı?

Kavani irqçiliyə görə cəzalandırılacaqmı?
"Mançester Yunayted”un futbolçusu  Edinson Kavani cəzalandırıla bilər.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki,  belə ki, uruqvaylı hücumçu "Instagram" səhifəsinə irqçi ifadə işlədib.
Premyer Liqanın 10-cu turunda "Sauthempton”la matçda (3:2) iki qol vuran və bir qol ötürməsi verən 33 yaşlı oyunçu ona təbrik yazan azarkeşlərdən birinə "təşəkkür edirəm, qara” cavabını verib. Forvard yazdığını 3 saatdan sonra silib. Lakin İngiltərə Futbol Assosiasiyası hadisəni araşdırmağa başlayıb.
Kavaninin bu hərəkətinə üç oyunluq cəzalandırıla biləcəyi vurğulanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər