Kavaminqa irqçi təhqirlərə məruz qaldı

Kavaminqa irqçi təhqirlərə məruz qaldı

Fransa millsinin və "Real Madrid"in yarımmüdafiəçisi Edaurdu Kamavinqa irqçi təhqirlərə məruz qalıb. 

Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, buna səbəb yığmanın məşqində onun kobud davranışı zamanı komanda yoldaşı Kristofer Nkunkunun zədələnməsidir. 

Kavaminqa irqçi təhqirlərə məruz qaldı

Kamavinqa ilə toqquşma nəticəsində ciddi xəsarət alan Nkunku DÇ-2022-ni buraxmalı olacaq. Bu səbəbdən fransalı azarkeşlər Kavaminqaya qəzəblənərək sosial şəbəkə üzərindən futbolçunu təhqir ediblər. 

Qeyd edək ki, Fransa millisinin dünya çempionatı üçün sifariş ərizəsində Nkunkunu "Ayntraxt"da çıxış edən Randal Kolo Muani əvəz edəcək. 

Xatırladaq ki, son dünya çempionu Fransa DÇ-2022-də D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər