Kassano Ronalduya yenə "ilişdi": "Eqosunu hər şeydən üstün tutur"

Kassano Ronalduya yenə "ilişdi": "Eqosunu hər şeydən üstün tutur"

İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano "Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldunun qalmaqallı müsahibəsinə münasibət bildirib. 

Fanat.Az xəbər verir ki, "Bobo TV"nin canlı yayımında çıxış edən veteran forvard portuqaliyalı ulduzu sərt tənqid edib: 

"Ronaldu son 3 il ərzində özündə olmadığını etiraf etməyə cəsarəti çatmır. O, məşqçilərə problem yaradır, komanda yoldaşlarına xoşagəlməz hallar yaşadır. Hətta "Qızıl top" alması münasibəti ilə Kərim Benzemanı yığıb təbrik etmədi. 

Ronaldunun gözündə sarğı var. 50 yaşına qədər oynaya biləcəyini düşünür. Əziz Ronaldu, dünya çempionatında gözəl nöqtə qoy. Əsəbləşməyi və hələ də yüksək səviyyədə çıxış edə biləcəyini düşünməyi burax. Kriştianu r. Ancaq artıq fiziki cəhətdən öhdəsindən gələ bilmir. Hər dəfə Ronaldu yalnız eqosunu hər şeydən üstün tutduğunu sübut edir". 

Qeyd edək ki, bir müddət öncə də Kassano Ronalduya söz atmışdı. O, Kriştianuya səslənərək "Sən həmişə ikinci olacaqsan" demişdi. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər