Kasper Şmeyxel: "Yəqin ki, buna görə seviniblər"

Kasper Şmeyxel: "Yəqin ki, buna görə seviniblər"

"Lester Siti"in qapıçısı Kasper Şmeyxel Konfrans Liqasının yarımfinalında "Roma" ilə cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, "BBC Sport" danimarkalı qapıçının dediklərini belə çatdırıb:

"Lester" qatıldığı bütün yarışlarda qalib gəlməyi hədəfləyir. Konfrans Liqası da istisna deyil. Bu, Avropa yarışıdır. Hər kubok vacibdir, qazana biləcəyiniz hər yarış önəmlidir. Mən futbolu dördüncü, beşinci və ya altıncı olmaq üçün deyil, kuboklar qazanmaq hədəfi ilə oynayıram. Futbolçu karyerasını bitirəndən sonra azarkeşlərin və oyunçuların yaddaşında məhz uğurları ilə qalır.

“Roma” çox yaxşı təşkil olunmuş və hazırlıqlı kollektivdir. Joze Mourinyunun rəhbərlik etdiyi komanda təhlükəli rəqibdir. Yəqin ki, ilk matçın heç-heçə bitməsinə seviniblər və cütün taleyini öz stadionlarında həll edə biləcəklərinə inaırlar. Düzünü desəm, biz rəqibə yox, özümüzə daha çox diqqət yetiririk”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər