Santi Kasorla karyerasını Qətərdə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Kasorla "Əl-Sədd"lə anlaşıb. Qətər klubunun "Twitter" hesabı bu barədə paylaşım edib. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacaq.
35 yaşlı futbolçu 2019-20 mövsümündə La Liqada 35 matçda meydana çıxıb və 11 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Əl-Sədd"i Kasorlanın İspaniya millisindəki keçmiş komanda yoldaşı Xavi çalışdırır.
Fanat.Az