Bir neçə gün əvvəl karyerasını bitirdiyini açıqlayan Jerar Pikenin adı “Barselona”nın La Liqada “Osasuna”ya qarşı keçirəcəyi oyunun iştirak ərizəsinə daxil edilib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
35 yaşlı müdafiəçi heyətdəki problemlər səbəbindən bu oyun üçün sifariş olunub.
Qeyd edək ki, Pike La Liqanın 13-cü turunda “Almeriya” ilə matçın (2:0) onun üçün sonuncu olacağını açıqlamışdı.
Xatırladaq ki, “Barselona” ilə “Osasuna” arasında oyun noyabrın 9-da, saat 00:30-da start götürəcək.