Kapello: "Çüneyt Çakır oyunu korladı"

Kapello: "Çüneyt Çakır oyunu korladı"

Çempionlar Liqasının II turu çərçivəsində B qrupunda "Mian" ispaniya "Atletiko"sunu qəbul edib. 

Fanat.Az xəbər verir ki, hesabı ev sahiblərinin açmasına baxmayaraq oyunu qonaqlar qalib başa vurublar (1:2). 

Oyunun 29-cu dəqiqəsində "rossonyer"lərin yarımmüdafiəçisi Frank Kesye etdiyi kobudluğa gorə qırmızı kartla cəzalandırılıb və komanda 1 nəfər azlıqda qalıb.

"Milan"ın sabiq baş məşqçisi Fabio Kapello oyundan sonra verdiyi açıqlamada hakimin idarəçiliyindən narazı qaldığını dilə gətirib: "Milan" yaxşı oynayırdı, amma hakim bütün oyunu korladı. Cüneyt Çakır dəfələrlə Çempionlar Liqasının finalını idarə etsə də, həmişə dediyim kimi, o, uğursuz bir hakimdir".

Xatırladaq ki, ev sahiblərinin heyətində hesabı Rafael Leau açıb (20). "Atletiko Madrid"də isə Atnuan Qrizman (89) və Luiz Suarez (90+7 p.) fərqlənib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər