Kante finalda oynamayacaq

Kante finalda oynamayacaq

"Çelsi”nin zədəli futbolçusu Nqolo Kantenin bu gün Avropa Liqasının Bakı Olimpiya Stadionunda "Arsenal”la keçiriləcək final oyununda meydana çıxıb-çıxmayacağı dəqiqləşib. Fanat.Az-ın "goal.com”a istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçi həlledici qarşılaşmada forma geyinə bilməyəcək. "Zadəganlar”ın baş məşqçisi Mauritsio Sarrinin 28 yaşlı oyunçunun adını matçın sifariş ərizəsinə salmayacağı gözlənilir. Sarri dünənki mətbuat konfransında Kantenin oynamaq şansının 50/50-yə olduğunu bildirmişdi. Qeyd edək ki, final matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər