Kanselu açıqladı: "Problem Quardiolada deyil, mən..."

Kanselu açıqladı: "Problem Quardiolada deyil, mən..."

"Mançester Siti"nin cari mövsümün sonunadək "Bayern Münhen"ə icarəyə verdiyi Joau Kanselu "şəhərlilər"dən niyə ayrıldığını açıqlayıb.

Fanat.Az-ın məlumatına görə, əsas heyətdəki yerini itirdiyinə görə baş məşqçi Xosep Quardiola ilə münasibətlərinin pozulduğu deyilən portuqaliyalının söylədiklərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

"Az oynamağım qərarımda xüsusi rol oynadı. Problem Quardiolada deyil, mən yeni macəra yaşamaq istəyirdim. "Bayern" isə arzuların klubudur. Bu şansı boşa verə bilməzdim".

Qeyd edək ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, "Bayern" sonradan Kanselunun transfer hüquqlarına da yiyələnə bilər.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər