Nikolas Kanales Premyer Liqanın XXIV turunda "Neftçi"də debüt edə bilər. Fanat.az xəbər verir ki, çilili forvard artıq kollektiv məşqələrə başlayıb.
Bir müddət əvvəl "Neftçi"yə dönən Kanales son 8 ayda oynamadığından formada deyildi və buna görə komandadan ayrı çalışırdı. Artıq kollektivə qoşulan hücumçunu baş məşqçi Əsgər Abdullayevin "Qəbələ" matçında meydana buraxması gözlənilir.
Fanat.az