Kamran və Emin yenə məyus oldu

Kamran və Emin yenə məyus oldu

Portuqaliya çempionatında 13-cü turun oyunları keçirilir. 

Fanat.Az-ın məlumatına görə, milli komandamızın üzvləri - Kamran Ağayev və Emin Mahmudovun formasını geydiyi “Boavişta” öz meydanında “Gimaraynş”ı qəbul edib. 

Kamran meydana start heyətində çıxıb. Emin isə 70-ci dəqiqədə Karrakanın əvəzinə oyuna qoşulub. 

Matç həmyerlilərimizin klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, ardıcıl üçüncü oyunda uduzan “Boavişta” 13 xalla 14-cü pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər