Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da Portuqaliyda növbəti matçına çıxıb. Fanat.Az xəbər verir ki, milli futbolçularımızın komandası evdə "Vitoriya" ilə qarşılaşıb. Oyunda sevinən tərəf “Boavişta” olub - 1:0. Kamran yenə “11-lik”də meydana çıxıb və 90 dəqiqə oynayıbsa, Emin ehtiyatda qalıb.
"Boavişta" hazırda 20 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.Az