Kamran “sarı” aldı, “Boavişta” 1 xal qazandı

Kamran “sarı” aldı, “Boavişta” 1 xal qazandı

Futbol üzrə Portuqaliya çempionatında VIII tura start verilib. Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.

"Maritimo"nun qonağı olan “Boavişta” səfərdə bir xal qazanıb - 1:1.

Start heyətində yer alan Kamran 90 dəqiqə oynayıb. O, 27-ci dəqiqədə penaltidən qol buraxıb. Amma komandası fasilədən sonra bərabərlik qolunu vura bilib. Ağayev 73-cü dəqiqədə sarı vərəqə də alıb.

Eminin adı isə bu matçın da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Boavişta" hazırda 9 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər