Kamran oynadı, komandası darmadağın etdi

Kamran oynadı, komandası darmadağın etdi
Rusiya çempionatının I divizionunda II turun oyunları keçirilib. 
Fanat.Az xəbər verir ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” doğma meydanda "Kursk”la qarşılaşıb. 
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0. Kamran start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. İlk turda dubla imza atan Əliyev bu dəfə fərqlənməyib. 
Qeyd edək ki, "Ximki” isə iki turdan sonra maksimum xalla 20 kollektiv arasında zirvədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər